Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

UEFA PSJ-nin Çempionlar Liqasındakı matçını təxirə sala bilər –Koronavirusa görə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) matçını təxirə sala bilər.

Yenixeber.org: Martın 11-ə planlaşdırılan qarşılaşmanın bir həftə müddətinə irəli çəkilmə ehtimalı nəzərdən keçirilir.

Görüş Parisdə olmalı idi, lakin Fransada koronavirusun yayılmasına görə idman tədbirlərinin ləğvinə və təxirə salınmasına başlanılıb.

UEFA matçı koronavirusun çox yayılmadığı başqa bölgəyə və ölkəyə köçürə də bilər. Komandalar arasında Almaniyadakı görüş Paris klubunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, daha öncə Fransa çempionatında “Strasburq” – PSJ matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Xatırladaq ki, Fransada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 262-yə çatıb. Bunların 57 660 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam