Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan cüdoçularının iştirak edəcəyi-Qran-pri turnirləri təxirə salındı

Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb.

Yenixeber.org: İcraiyyə Komitəsi koronavirusa görə bu qərarı qəbul edib. Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə turniri, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-pri yarışları təxirə salınıb.

IJF cüdo ailəsini qorumaq üçün bu addımı atdıqlarını bildirib. Federasiya koronavirusla bağlı vəziyyətin təhlükəli və kritik olduğunu vurğulayıb. Qurum qarşıdakı günlərdə yarışlarla bağlı daha ətraflı məlumatın veriləcəyini diqqətə çatdırıb. 

Qeyd edək ki, Gürcüstan və Türkiyədəki yarışlardan Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub. Daha öncə koronavirus səbəbindən 6 - 8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam