Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Klub prezidenti Medinanın -"Qarabağ"a transferindən danışdı

Portuqaliyanın I liqasında mübarizə aparan "Şaveş" klubunun prezidenti Fransisko Joze Karvalyu komandanın futbolçusu Kevin Medinanın "Qarabağ"a keçəcəyini təsdiqləyib.

Funksioner yerli Sinal TV-yə açıqlamasında kolumbiyalı müdafiəçinin Ağdam təmsilçisi ilə müqavilə imzaladığını bildirib.

Amma klub prezidenti "Qarabağ"ın bu transfer üçün nə qədər ödədiyini açıqlamayıb: "Artıq hər şey tamamlanıb. COVID-19 pandemiyasına görə beynəlxalq uçuşlar olmadığından, futbolçunun yalnız tibbi müayinədən keçməsi qalıb".

Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 27 yaşlı müdafiəçi ilə anlaşdıqlarını söyləyib.

Qeyd edək ki, karyerası ancaq Portuqaliya klubları ilə bağlı olan Kevin Medina 2019-cu ildən "Şaveş"də çıxış edir. O, cari mövsüm 11 oyunda meydana çıxıb. Medinanın "Qarabağ"la 3 illik müqavilə bağlayacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam