Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Formula 1" rəhbərliyi daha-3 ölkədəki yarışı ləğv edə bilər

Formula 1 rəhbərliyi daha 3 ölkədəki yarışı ləğv edə bilər

"Formula 1" üzrə daha 3 Qran-pri ləğv oluna bilər. 

Yenixeber.org: Bu barədə  "Mercedes"in icraçı direktoru Toto Volf jurnalistlərə açıqlamasında bildirib. O, Amerika qitəsindəki bəzi yarışların ləğv olunaca biləcəyini vurğulayıb.

Volf oktyabr - noyabr üçün planlaşdırılan ABŞ, Meksika və Braziliyadakı yarışların təhlükə altında olduğunu söyləyib: "Hazırda bu ölkələrə gedə bilmərik. "Formula 1"in icraçı direktoru Çeyz Keri heç bir qapını bağlamaq istəmir. Ancaq düşünürəm ki, həmin ölkələrə getməyəcəyik".

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam