Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

 

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"Xeberinfo.com":  Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə mübarizəni davam etdirən 16 komanda növbəti rəqiblərinin adı müəyyənləşib.
Püşkə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunacaq.
1/16 finalında “Liverpul”u mübarizədən kənarlaşdıran Türkiyənin “Beşiktaş” klubu növbəti mərhələdə “Brügge”yə (Belçika) rəqib olub. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” (Ukrayna) 1/8 finalda “Ayaks”la (Hollandiya), İtaliya “İnter”i isə “Volfsburq”la (Almaniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.
Avropa Liqasında 1/8 finalın cütlükləri belədir:
“Everton” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)
“Dnepr” (Ukrayna) – “Ayaks” (Hollandiya)
“Zenit” (Rusiya) – “Torino” (İtaliya)
“Volfsburq” (Almaniya) – “İnter” (İtaliya)
“Vilyarreal” (İspaniya) – “Sevilya” (İspaniya)
“Napoli” (İtaliya) – “Dinamo” (Moskva, Rusiya)
“Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə)
“Fiorentina” (İtaliya) – “Roma” (İtaliya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam