Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“TANAP-dakı payımızı satmayacağıq”

 

Dövlət Neft Şirkəti (SOCAR) Transanadolu Boru Kəməri (TANAP) layihəsindəki payını satmaq fikrincə deyil.

"Xeberinfo.com":   Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın “Azərbaycan və Türkiyə TANAP-dakı payının bir hissəsini sata bilər” fikrinə münasibət bildirən Süleyman Qasımov bildirib ki, SOCAR TANAP-da 58% paya malikdir və dövlətlərarası razılaşmaya əsasən bu pay 51%-dən aşağı düşməməlidir: “ Amma şirkətimizin öz payını satmaq fikri yoxdur. Türkiyə tərəfi öz payını satarsa, bu, onların daxili işidir”.
İranın layihədə iştirakı ilə bağlı isə SOCAR rəsmisi deyib ki, qonşu ölkənin bununla bağlı müraciət edib-etməməsi barədə məlumatlı deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam