Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya Azərbaycanda dərman istehsalına başlayır

 

Rusiyanın əczaçılıq şirkətləri Azərbaycana dərman ixracını genişləndirəcəklər

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev məlumat verib.
Eldar Tlyabiçevin sözlərinə görə, Rusiyanın əczaçılıq şirkətlərinin təmsilçiləri artıq Bakıda da olub və Azərbaycan Səhiyyə Nazirliyinin, həmçinin yerli şirkətlərin nümayəndələri ilə görüşlər keçiriblər.
“Rusiyada istehsal olunmuş dərman preparatlarının ən geniş çeşiddə Azərbaycana ixracı barədə razılıq əldə olunub” - deyə Eldar Tlyabiçev bildirib.
O, əlavə edib ki,  Rusiya Azərbaycanda dərman istehsalına başlamaqda da maraqlıdır: “Lakin bu ideya Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana gözlənilən səfəri zamanı daha ətraflı şəkildə müzakirə olunacaq. Bu haqda yalnız bundan sonra konkret danışmaq olar. Nazirin səfərinin vaxtı hələ dəqiqləşdirilməyib. Amma Manturov Azərbaycana yaxın vaxtlarda gələcək. Səfər zamanı Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında müvafiq anlaşmanın imzalanacağı gözlənilir”.(trend)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam