Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ət və meyvə-tərəvəz də bahalaşdı

2013-cü ilin dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri noyabrla müqayisədə 0,4 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb. 

    “xeberinfo.com”: Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, kartofun 3,5 faiz, qarğıdalının beş faiz ucuzlaşıb, arpanın istehsalçı qiymətləri 1,2 faiz, lobyanın 2,2 faiz, baş soğanın 2,9 faiz, baş sarımsağın 0,2 faiz, göyərtilərin 0,7 faiz, quru otun 1,4 faiz, yoncanın istehsalçı qiymətləri 0,8 faiz bahalaşıb.

     Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın 0,5 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 9,1 faiz, fındığın 1,5, qozun istehsalçı qiymətləri 3,7faiz bahalaşıb, limonun istehsalçı qiymətləri 8,5 faiz, portağalın 12,7 faiz, narınginin isə 17,5 faiz ucuzlaşıb.

     Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçi ətinin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz təbii balın istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, südün 1,1 faiz, yumurtanın istehsalçı qiymətləri 6,5 faiz bahalaşıb.

     Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam