Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bağlanan bankdan müştərilərə xəbərdarlıq

 

“Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasının ləğv edilməsi borcalanları kredit müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Bununla əlaqədar, kredit müqaviləsinin şərtlərinə uyğun qaydada ödənişlərin gecikdirilmədən həyata keçirilməsi zəruridir”.

"Xeberinfo.com":   “Report” xəbər verir ki, bu barədə “Azərbaycan Kredit Bankı” ASC-nin müştəriləri üçün verdiyi elanda göstərilib.

Bank bütün borcalanların diqqətinə çatdırır ki, hazırda kreditlər üzrə ödənişlər bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 167A ünvanında yerləşən baş ofisində həyata keçirilir.

Bank kredit ödənişlərinin vaxtında ödənilmədiyi zaman qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi xəbərdarlığını edib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin iyulun 10-da verdiyi 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub. “Banklar haqqında” Azərbaycan Respublikası qanunun 51.1.2 və 51.1.4-ci maddələrinin tələblərinə müvafiq olaraq “Azərbaycan Kredit Bankı” ASC-yə müvəqqəti inzibatçı təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam