Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mərkəzi Bank:Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

Mərkəzi Bankın kibertəhlükəsizliklə bağlı yeni qəbul etdiyi strategiya bankların İT ödəniş sistemlərinin təhlükəsizlik tələblərini artıracaq.

Yenixeber.org: Bunu Azərbaycan Mərkəzi Bankının milli ödəniş sistemlərinin inkişafı və nəzarət şöbəsinin rəisi Ramil Mahmudov deyib.

O bildirib ki, nağdsız ödənişlərə əhalinin inamını və etibarını artırmaq üçün ödənişlərdə təhlükəsizlik yüksək səviyyədə olmalıdır. Mərkəzi Bankın bu istiqamətdə apardığı əsas işlərdən biri də təhlükəsizliklə bağlıdır: "Azərbaycan Banklar Assosiasiyası ilə sıx əməkdaşlıq edirik. ABA ilə tədbirlər planı hazırlamışıq. Həm əhalinin marifləndirilməsi istiqamətində, həm də bank əməkdaşlarının təcrübə biliklərinin artırılması istiqamətində işlər aparılır. Daim olaraq bizim tərəfimizdən bankların İT sistemləri monitorinq olunur. Məlumatın ötürülməsi, qəbulmedilməsi və buna verilən reaksiya təhlil olunur və müvafiq qiymətləndirmə aparılır. Mərkəzi Bankın kibertəhlükəsizliklə bağlı yeni qəbul etdiyi strategiya bankların İT ödəniş sistemlərinin təhlükəsizlik tələblərini artıracaq".

Ramil Mahmodov əlavə edib ki, ümumilikdə ölkə üzrə nağdsız ödənişlərin təhlükəsizliyi qənaətbəxşdir və ciddi problemlər müşahidə edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam