Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Neftin indiki aşağı səviyyəsi qıtlıq yaradacaq”

 

“Bu ilin sonuna qədər neftin qiyməti bir barrel üçün 65 dollar səviyyəsinə yalnız o halda qayıda bilər ki, OPEK üzvü olan ölkələr hasilatı azaltsınlar”.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Qazprom neft”in rəhbəri Aleksandr Dyukov “Rossiya-24” telekanalının efirində bildirib

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və İraq tərəfindən hasilatın artırılması hesabına indi bazarda əlavə olaraq 2 milyon barrel neft yaranıb. Dyukov bildirib ki, əgər bu həcm bazardan götürülsə, neftin qiyməti artacaq.

“Qazprom neft”in başçısı belə hesab edir ki, neftin bir barrelinin qiymətinin 70 dollar olması hamı üçün, o cümlədən istehlakçılar üçün də sərfəlidir. O, fikrini belə izah edib ki, qiymətlərin indiki aşağı səviyyəsi investisiya qoyuluşunun və hasilatın azalmasına gətirib çıxaracaq. Bu isə gələcəkdə qıtlıq yaradacaq və nəticə etibarilə elə həmin istehlakçılar üçün neftin qiyməti artacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam