Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 46% artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 171.5 min manat olub.

Yenixeber.org:  Bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46.3% və ya 686.9 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 milyon 484.6 min manat təşkil edib.



Qeyd edək ki, cari ilin yanvar-may aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 103.2 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.9% və ya 2.9 min manat çoxdur.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 29% azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 5 ayında toplanan hər 100 manat sığorta haqqının 4.8 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-may aylarında bu göstərici 6.8 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam