Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,8 milyard manatdan çox olub.

Yenixeber.org: Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14 % artaraq 1,2 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 13,8 % artaraq 64,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 % artaraq 48,9 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,2 % artaraq 318,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2 % artaraq 225,1 milyon manat olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam