Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bəzi qurumlara ayrılmış pul bank hesablarında qalıb

Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.

Yenixeber.org: Bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesabatda bildirilib ki, dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən, təxminən 600 mln. manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280 mln. manatın bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200 mln. manatdan çoxu istifadəsiz saxlanılıb.

Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam