Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Kotirovka kralı“ “Ofis.A.M.“ -1 ildə 331 satınalma müqaviləsi bağlayan şirkət kimindir?

bitmap-img6

"Ofis-A.M." şirkəti 2024-cü ildə 331 satınalma müqaviləsi bağlayıb. 
Yenixeber.org: Məlumata görə, şirkət əsasən kotirovka sorğularında qalib seçilib. 
Nizamnamə kapitalı 1000 manat olan şirkətin hansı tarixdə dövlət qeydiyyatına alındığı bəlli deyil. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu barədə hər hansı qeyd yoxdur. 
Yalnız o məlumdur ki, şirkət ötən ilin fevralında reyestr məlumatlarına dəyişiklik edib. Dəyişikliyin nədən ibarət olduğu barədə bilgi yoxdur. 
Şirkət reyestr məlumatlarına dəyişiklik ediləndən sonra dövlət satınalmalarında fəal iştirak etməyə başlayıb və 331 kotirovka sorğusunun qalibi seçilib və bütün sorğular üzrə satınalma müqaviləsi imzalanıb. 
2025-ci il başlar-başlamaz şirkət iki kotirovka sorğusunda iştirak edib və qalib seçilib. Kotirovka sorğularından birini "Su İdman Sarayı", digərini isə Bakı Dövlət Universiteti keçirib. 
"Ofis.A.M." şirkətinin qalib gəldiyi kotriovka sorğuları əsasən dəftərxana məhsullarının satın alınması ilə olub. 
Kotirovka kralı olan bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 
Şirkətin qanuni təmsilçisi Abdullayev Müşfiq Yavər oğlu barəsində də hər hansı məlumat yoxdur.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam