Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Qaçqınkom” tenderini Mehdiyevin bankı ilə əlaqəli olan şirkətə verib...

“Qaçqınkom” tenderini Mehdiyevin bankı ilə əlaqəli olan şirkətə verib-ARAŞDIRMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom” kimi tanınır-red.) daha bir tenderə yekun vurub.

Yenixeber.org: Komitə “İnformasiya Texnologiyaları İnfrastrukturunun Modernləşdirilməsi və İllik Xidmətlərin satınalınması” üzər keçirdiyi müsabiqənin nəticəsini açıqlayıb.

Məlum olub ki, tenderin qalibi “İNNOVA TECHNOLOGY CENTER” MMC seçilib. Şirkət dövlət qurumundan sözügedən sifarişi həyata keçirmək üçün 649 min 999 manat 99 qəpik ödəniş alacaq.

İnformasiya texnologiyaları işlərinin təkmilləşdirilməsi, mebel və avadanlıqların alınması

Qeyd edək ki, “İNNOVA TECHNOLOGY CENTER” MMC son bir ildə cəmi iki tenderə qatılıb. Hər iki tender isə “Qaçqınkom”un keçirdikləri olub. Belə ki, ötən ilin sentyabrında şirkət sözügedən dövlət qurumundan 331 min 742 manat 7 qəpik dəyərində sifariş alıb.

“İNNOVA TECHNOLOGY CENTER” MMC-nin nə zaman yaradıldığı barədə şirkətin şəxsi internet saytında hər hansı məlumat yoxdur. Məlum olan odur ki, hazırdda MMC Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanında fəaliyyət göstərir. Şirkətin rəhbəri isə Kamran Suraclıdır.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı o da məlum olub ki, sözügedən şirkətin əsas müştəriləri arasında Ramiz Mehdiyevin ailəsinə məxsus olan “VTB Bank” da var.(tribuna.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam