Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,05 ABŞ dolları və ya 4,04 % azalaraq 119,98 ABŞ dolları təşkil edib.

Yenixeberorg.com: Bu barədə neft bazarındakı mənbə məlumat yayıb

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 126,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,04 ABŞ dolları və ya 4,2 % azalaraq 114,84 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam