Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

Zakir İbrahimov: “AzerGold” beynəlxalq tərəfdaşların əməkdaşlıq etmək istədiyi və fəaliyyət göstərdiyi regionlarda yerli icmaların güvəndiyi şirkətə çevrilib - MÜSAHİBƏ

10 illik yubileyini qeyd edən “Azergold” QSC dövlət şirkəti olsa da, dövlət büdcəsinə dividend ödənişlərindən hər il yayınır.

Yenixeberorg.com: Dövlət şirkəti son beş ili mənfəətlə başa vurub.

QSC-nin hesabatları göstərir ki, “Azergold” 2020-ci ili 48,2 mln. dollar, 2021-ci ili 33 mln. dollar, 2022-ci ili 32,6 mln. dollar 2023-cü ili 27,7 mln. dollar, 2024-cü ili 35 mln. dollar, 2025-ci ili isə rekord səviyyədə 81,6 mln. dollar həcmində xalis mənfəətlə bitirib. Ümumilikdə mədən şirkətinin bölüşdürülməmiş mənfəətinin həcminin həcmi nə az, nə çox-262 mln. dollar və ya 445,4 mln. manat təşkil edir. Amma bu qədər mənfəətə rəğmən dövlət şirkəti ötən illər ərzində büdcəyə dividend ödənişi həyata keçirməyib.

Bununla belə, Hesablama Palatasının 2020-2025-ci illər üzrə dövlət büdcəsinin icrasına verdiyi rəydən məlum olur ki, əslində bu müddətdə QSC büdcəyə heç bir ödəniş həyata keçirməyib. Hətta Palata digər dövlət şirkətləri ilə yanaşı, “Azergold”a da öz iradını bildirib.

“Qeyd etmək lazımdır ki, 2023-ci ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlərin 5 milyon manatı "Azər Gold" QSC üzrə nəzərdə tutulub. Lakin 2022-ci ildə "Azər Gold" QSC-nin 51,3 milyon manat (30,2 mln. ABŞ dollarının manat ekvivalenti) xalis mənfəət əldə etmələrinə baxmayaraq, 2023-cü il ərzində dövlət büdcəsinə bu mənbələrdən vəsait daxil olmayıb” – HP rəyində vurğulayıb.

Xatırladaq ki, "AzerGold" QSC Prezidentin 11 fevral 2015-ci il tarixli Sərəncamına əsasən təsis edilib.

Zakir İbrahimov yarandığı müddətdən QSC-yə sədrlik edir. (Plat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam