Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Mərkəzi Bank​ valyuta hərraclarının sayını minimuma endirə bilər

 

 

Azərbaycan Mərkəzi Bankı (AMB) daxili bazarda xarici valyutaya cari tələbatın kəskin azalması səbəbindən müntəzəm keçirdiyi valyuta satışı hərraclarının həftəlik sayını bir dəfəyə azalda bilər.

Xeberinfo.com:  "Report" xəbər verir ki, AMB bu həftədən etibarən valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. Qeyd edək ki, AMB valyuta hərraclarına bu ilin yanvarın 13-dən başlayıb və bu, valyuta bazarının tənzimlənməsi məqsədi daşıyır.

Bu gün AMB-nin keçirdiyi valyuta hərracında Dövlət Neft Fondu (ARDNF) tərəfindən satışa çıxarılan 50 mln. dollardan kommersiya banklarına təklifin 40%-ə yaxını, 19,9 mln. dollar satılıb. 

"Bu da onu deməyə əsas verir ki, valyuta hərraclarının həftədə bir dəfə keçirilməsi də bazarın cari konyunkturunda yetərlidir. Hətta AMB həftədə bir dəfə valyuta hərracı keçirsə belə, hazırda satışa çıxarılan 50 mln. dollarlıq valyuta kütləsi tam həcmdə satılmaya bilər", - deyə "Report"un analitikləri qeyd ediblər.

Agentliyin analitikləri bildirirlər ki, bu gün keçirilən hərracın yekununda dolların sabaha rəsmi məzənnəsi böyük ehtimalla 1,5119 AZN/USD səviyyəsində müəyyənləşəcək: "Bu da bu günə olan məzənnədən 0,31% aşağıdır. Neft qiymətlərinin son 4 ayın maksimal səviyyəsinə yaxın olması dolların məzənnəsinin tədricən düşəcəyini deməyə əsas verir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam