Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Palsüd” ölkə sərhədlərini aşdı - VİDEO+FOTOLAR

palsud

Məlum olduğu kimi, “Palmali” Şirkətlər Qrupunun tərkibində 2005-ci ildə “NurSüd MMC” süd və süd məhsulları emalı zavodu təsis edilib.

Xeberinfo.com:   Artıq 2008-ci ilin əvvəlindən etibarən “PalSüd ” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin piştaxtalarını bəzəməyə başlayıb. Eyni zamanda, 2009-cu ildə “Paldad” ticarət nişanı ilə dondurma istehsalına başlayan “Palfood MMC“ dondurma fabriki də yaradılıb.

palsud1Ölkəmizdə özünəməxsus keyfiyyəti ilə alıcıların rəğbətini qazanan “Palsüd” bu gün artıq Azərbaycan sərhədlərini aşıb. Şirkətin məhsulları iyun ayinin 1-dən etibarən Gürcüstan Respublikasına ixrac olunmağa başlayıb. Gürcüstana yola düşən ilk yük maşını karvanı “Palsüd”ün anbarlarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının nəzarəti ilə yüklənib və maşının yük yeri möhürlənib.

 

palsud2“Palsüd dağıntı” MMC-nin satış müdiri Məhəmməd Osmanov bildirib ki, zavod qonşu ölkədə süd məhsulları bazarında sağlam rəqabət aparacaq: “Palsüd” məhsulları Gürcüstanın müvafiq strukturlarının təbii süd, yağ, yüksək keyfiyyətli enerji və qida dəyərlərinə riayət olunması tələbindən uğurla keçib. Artıq Gürcüstan Respublikasının vətəndaşları təbii süddən yüksək keyfiyyətlə hazırlanmış “Palsüd” məhsullarının bütün çeşidlərini market və mağazalardan ala biləcəklər. Zavodumuz Azərbaycan istehsalı adı altında istehsal etdiyi məhsullarını Gürcüstandan sonra daha bir neçə ölkəyə çıxarmaq planları üzərində uğurla çalışır”.

Satış müdiri vurğulayıb ki, şirkət məhsullarını dəfələrlə beynəlxalq sərgilərə çıxarıb. “Palsüd” keyfiyyət və çeşidinə görə həmişə ön sıralarda olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam