Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BVF Azərbaycanda rekord inflyasiya proqnozlaşdırır

Manatın məzənnəsinin aşağı düşməsi Azərbaycanda inflyasiyanı yüksəldib.

Xeberinfo.com:  APA xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, bu il inflyasiyanın ikirəqəmli həddə yüksələcəyi proqnozlaşdırılır. Bu isə son 15 ildə ən yüksək göstəricidir.

"Manatın dəyərsizləşməsi bankların balans hesablarına da təsir edib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir və yerli valyutaların məzənnələrinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik dollarlaşma səviyyəsini son günlərdə bir qədər də yüksəldib", - deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri tövsiyə edirlər ki, bu ölkələrin Mərkəzi bankları xarici valyutada olan aktivləri yerli bank sisteminə ötürsünlər.

"2016-cı ildə hökumət ictimai infrastruktur xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Eyni zamanda, devalvasiyanın əhalinin aztəminatlı təbəqələrinin real gəlirlərinə olan mənfi təsirlərini qismən kompensasiya etmək üçün müavinətləri artırıb", - deyə hesabatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam