Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Fitch” Azərbaycanın reytinqini aşağı saldı

“Fitch” beynəlxalq reytinq agentliyi 2016-cı ilin birinci yarısında rekorda imza atıb.

Xeberinfo.com:  Hesabat dövründə agentlik 15 ölkənin suveren kredit reytinqini aşağı salıb.

Agentliyin yaydığı xəbərdə deyilir ki, əksər suveren reytinqlərinin endirilməsinə səbəb neftin ucuzlaşmasıdır. Belə ki, reytinqi aşağı salınan ölkələr arasında Yaxın Şərq və Afrika ölkələri üstünlük təşkil edir ki, onların da iqtisadiyyatı birbaşa neftdən asılıdır. Ümumilikdə ilin əvvəlindən “Fitch” 22 neqativ proqnoz verib ki, bunun da 10-u Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.

Bundan öncə rekord 2011-ci ildə qeydə alınıb. O zaman agentlik il ərzində 20 ölkənin suveren reytinqini endirib.

Agentlik qeyd edir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra krallığın reytinqinin “AA+” səviyyəsindən “AA”-dək endirilməsi tamamilə qanuna uyğundur. Xatırladaq ki, reytinq üzrə proqnoz “mənfi”dir.

Qeyd edək ki, bu ilin fevralın 26-da “Fitch” Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib. Reytinq üzrə proqnoz “mənfi”dir. Agentliyin açıqlamasında deyilir ki, buna səbəb neftin ucuzlaşmasıdır. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam