Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Moody’s: "Manata təzyiqlər artır"

moodys«Moody’s» beynəlxalq reytinq agentliyi Azərbaycanda ABŞ dolları qıtlığının yarandığını bildirib.

Xeberinfo.com:  «Moody’s» dollar qıtlığının artmasını milli valyuta – manata təzyiqlərin yenidən artması kimi qiymətləndirib.

Agentlik belə bir iqtisadi konyunktura davam etdiyi halda Azərbaycanın suveren reytinqinə mənfi təsirlərin əmələ gələ biləcəyini vurğulayıb.

Sonuncu dəfə «Moody’s» Azərbaycanın suveren reytinqini 2016-cı il fevralın 5-də «Baa3» səviyyəsindən «Ba1»ə endirib, proqnozu isə «neqativ» olaraq müəyyənləşdirib.

«Ba1» reytinq səviyyəsi spekulyativ və əhəmiyyətli dərəcədə riskə məruz öhdəliklər kimi açıqlanır. Bu səviyyədən sonra isə «Moody’s»in reytinq sıralamasında «B» səviyyəsi gəlir – bu kateqoriya da spekulyativ, lakin daha yüksəksəviyyəli riskə məruz qalan öhdəlikləri nəzərdə tutur.

İqtisadçılar bildirirlər ki, beynəlxalq reytinqdə Azərbaycanın mövqelərinin zəifləməsi ölkənin xarici banklardan kredit əldə etmə imkanlarını çətinləşdirir, eyni zamanda, ölkənin xarici investorlar üçün cəlbediciliyini azaldır.

(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam