Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu bank rəsmən müflis elan edildi

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə “Kredobank” ASC müflis elan edilib, bank barəsində iflas proseduruna başlanılıb.

Xeberinfo.com:   Məlumata görə, Əmanətlərin Sığortalanması Fondundan fins.az-a bildiriblər ki, fond iyulun 25-dən ləğv prosesində olan “Kredobank” ASC-nin ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.


Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı, ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlar bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam