Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nazir fermerlərə traktor payladı

 

   "xeberinfo.com": Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən “Belarus” tipli 125 traktora baxış keçirib.


    Nazirliyin saytının yaydığı məlumata görə, nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub.

    Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən nazir Heydər Əsədov dövlətimizin başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

    Diqqətə çatdırılıb ki, Tovuz “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü bu gün fermer və sahibkarlara lizinq yolu ilə verilir.

    Nazir bildirib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan “Qaynar xətt” (1652) ilə əlaqə saxlaya bilərlər.

   Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir daha sonra Tovuzda fəaliyyət göstərən Dövlət toxumçuluq təsərrüfatında, Rayon Baytarlıq və Fitosanitar Xidməti idarələrində olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam