Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Neft 30 dollara qədər ucuzlaşa bilər"

Neftin hər barelinin qiyməti yaxın illərdə 30 dollara, 20 illik müddətdə isə daha da aşağı enə bilər.

Xeberinfo.com:    Rusiya mətbuatına istinadən xəbərə görə, bu açıqlamanı Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin verib.

O, bu barədə Moskvada keçirilən maliyyə forumunda danışıb.

A.Kudrinin sözlərinə görə, neft ucuzlaşdıqdan sonra Rusiyanın dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun (ÜDM) 3,7-3,9%-nə çatıb: "Amma cari neft qiymətləri fonunda bu da yüksək rəqəmdir".

"Neftin qiyməti hər barel üçün 40 deyil, 30 dollar olsa, nə baş verəcək? Nəzəri olaraq neft bu il olmasa da, yaxın illərdə 30 dollara qədər ucuzlaşa bilər. Mən şəxsən 20 illik dövr ərzində qiymətlərin bu səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırıram. Belə ki, Çin iqtisadiyyatında yaranan böhran nəticəsində neft bazarında təklifin artması və digər mənfi hallar bunu deməyə əsas verir. Biz buna hazır olmalıyıq", - deyə M.Kudrin çıxışında bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam