Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Fed hədəfinə yaxınlaşır: ABŞ-da inflyasiya gücləndi

fedABŞ-da istehlakçı qiymətləri (inflyasiya) son beş ayın ən sürətli artımını qeyd edib.

Xeberinfo.com:   ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya Sentyabrda 0.3%, illik 1.5% ilə proqnoza paralel artıb.

İnflyasiyada illik artım 2014-ci ilin Oktyabr ayından bəri ən yüksək artım olub. Bu göstəricilər Fedin inflyasiya hədəflərinə yaxınlaşdığına işarə edir.

İnflyasiya Avqustda 0.2 faiz artmışdı. Ərzaq və enerji qiymətləri xaric baza inflyasiya 0.1% artaraq 0.2%- lik gözləntidən aşağı çıxıb. İllik artım isə Sentyabrdakı 2.3%-dən 2.2%-ə geriləyib. Gözlənti 2.3% idi.

Mənzil xərclərindəki artım və neft qiymətlərinin düşməsinin dayanması ilə qiymətlər mərhələli olaraq yüksəlir. Faizləri ötən İlin Dekabr ayından bəri artırmayan Fed rəsmiləri üçün güclənən inflyasiya və güclü məşğulluq bazarı, il sonuna qədər faiz artırmaq üçün əsas yaradır.

Məlumatın açıqlanmasının ardınca Dollar qlobal birjalarda bahalaşmağa başlayıb.

(marja)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam