Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“FİNCA Azərbaycan”da rekord zərər

“FİNCA Azərbaycan” Qeyri Bank Kredit Təşkilatı 2016-cı ilin 1-ci yarısını 23 milyon 75 min manat zərər ilə başa vurub.

Xeberinfo.com:   “Marja” xəbər verir ki, yanvar-iyun dövründə təşkilatın faiz gəlirləri 17 milyon 307 min manat, faiz xərcləri isə 10 milyon 460 min manat təşkil edib. “FİNCA Azərbaycan”  6 milyon 847 min manat xalis faiz gəliri əldə edib.

Təşkilat qeyri-faiz əməliyyatları üzrə 913 min manat zərər edib. Eyni zamanda qeyri – faiz xərcləri 17 milyon 20 min manat təşkil edib. Üstəlik ehtiyata 11 milyon 989 min manat ayrılması “FİNCA Azərbaycan”ın böyük məbləğdə zərər etməsilə nəticələnib.

Əlavə edək ki, “FİNCA Azərbaycan” 2015-ci ili 13 milyon 530 min manat zərər ilə başa vurmuşdu.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam