Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm" -Corc Soros

3be68f97-f92e-4494-8419-65f587b2f6dd_292

Trampın vergiləri azaldacağı və xərcləri artıracağı barədə seçki öncəsi verdiyi vədlər nəticəsində noyabr ayından etibarən kəskin artım göstərən fond birjalarında müşahidə olunan “ralli” sona çatır”.

Xeberinfo.com:  Bunu məşhur milyarder-investor Corc Soros (George Soros) Davos Ümumdünya İqtisadi Forumu zamanı “Bloomberg” telekanalına müsahibəsində verib.

Soros ABŞ-ın diktator ola bilməsi ehtimal edilən bir şəxsi prezident seçdiyini, Avropa İttifaqının (Aİ) dağılmaqda olduğunu, İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmağa hazırlaşması ilə vəzifədə çox qalmayacağını və Çin cəmiyyətinin daha çox təzyiqlərə məruz qalacağını ehtimal etdiyini bildirib.
“Soros Fund Management” investiya fondunun sahibi olan C.Soros qeyd edib ki, qeyri-müəyyənik maksimal həddə çatıb: “Bu da uzunmüddətli investisiyaların düşmənidir. Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm. Hazırda bazarlar bayram əhval-ruhiyyəsindədir. Bir azdan hər şey məlum olduqda, bədbin vəziyyət yaranacaq”.
“Report”un analitik qrupu bildirir ki, ABŞ keçirilən son prezident seçkilərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin fond birjasi indeksləri 10%-ə yaxın yüksəlib. 2017-ci ildə fond birjaları indekslərində dünya iqtisadiyyatının zəif inkişafı səbəbindən ciddi azalma gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam