Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Qaz hasilatını artırıb, neft hasilatını azaldırıq” -Energetika naziri

natiq-aliyev

"Azərbaycan bu il qaz hasilatını artırmağı, neft hasilatını azaltmağı planlaşdırır".

Xeberinfo.com:  Bunu "Natural Gas World" nəşrinə müsahibəsində energetika naziri Natiq Əliyev bildirib.

Azərbaycan 2017-ci ildə ümumi qaz hasilatını 0,8% artıraraq 29,561 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. 2016-cı ildə Azərbaycanda hasil olunan qazın həcmi 0,6% azalaraq 29,331 mlrd. kubmetr təşkil edib.Cari ilin yanvarın 1-ə anbarlarda saxlanılan qazın həcmi 1,167 mlrd. kubmetrə çatıb.

N. Əliyevin sözlərinə görə, Azərbaycan "Şahdəniz-1" layihəsi çərçivəsində hasilatı artırmağı planlaşdırır. Bununla yanaşı, gələn il "Şahdəniz-2" layihəsi çərçivəsindən ilkin hasilata başlanacaq:

"2017-ci ildə "Şahdəniz-1" layihəsindən hasil olunacaq qazın 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir. Ötən il bu rəqəm 9,9 mlrd. kubmetr olub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam