Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Məşhur bank 600 milyon avro cərimələndi –Rusiyanın «çirkli pullarını yuduğuna» görə

bankAlmaniyanın nəhəng banklarından «Deutsche Bank» 600 milyon avro cərimə ödəyəcək.

Xeberinfo.com:  Buna səbəb bankın Rusiyada «çirkli pulların yuyulmasında» iştirakıdır.

İstintaq məlumatlarına görə, rus müştərilər bankın Moskva və London filialları vasitəsilə 10 milyard dollara yaxın pul «yuyublar».

«Deutsche Bank»ın Nyu-Yorkdakı Maliyyə Xidmətləri Departamentindən (DFS) bildiriblər ki, bu üsuldan bir neçə ildir istifadə olunub.

İş materiallarında o da qeyd olunur ki, şübhəli müştərilər rus şirkətlərinin səhmlərini Moskvada rublla alıblar, elə həmin gün London filialı vasitəsi ilə dollarla satıblar.

DFS-in rəhbəri Mariya Vullo bildirib ki, bu sazişlər iqtisadi cəhətdən məqsədəuyğun olmayıb və bu səbəbdən də «çirkli pulların yuyulması» ilə bağlı şübhələr yaranıb.

Üstəlik bank bu qeyri-şəffaf sazişlərin bağlanılması ilə ABŞ sanksiyalarını yarmış olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam