Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Dünya İqtisadi Forumunun reytinq siyahısı:Azərbaycan ikinci oldu

 

Azərbaycan İnklüziv İnkişaf İndeksi (IDI) üzrə inkişaf etməkdə olan ölkələr üzrə hazırlanan reytinq siyahısında ikinci yerdə qərarlaşıb.

Xeberinfo.com:   Bu barədə Dünya İqtisadi Forumunun açıqladığı “İnklüziv Böyümə və İnkişaf - 2017 Hesabatı”nda (The Inclusive Growth and Development Report 2017) qeyd edilib.

İnkişaf etməkdə olan ölkələr siyahısında Azərbaycan da daxil olmaqla 79 ölkənin adı qeyd edilib ki, birinci yerdə Litva qərarlaşıb. Azərbaycan və Litvanın IDI üzrə əldə etdiyi ümumi xal eyni, yəni 4,73-ə bərabərdir. Lakin son 5 il üzrə IDI-nin faizlə göstəricisinə görə, Litvada 2,01% irəliləmə olduğu halda Azərbaycanda -0,46% geriləmə qeydə alınıb.

Hesabatda IDI-yə görə ölkələr əsas 5 kateqoriyaya ayrılıb ki, Azərbaycan stabil ölkələr siyahısında qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam