Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Təqdim edilən statistika inandırıcı deyil” -EKSPERT

Qeyri-neft sektorunda enmələr davam edir

Yenixeber.org:   2017-ci ilin yanvar-fevral aylarında ölkədə ümumdaxili məhsul istehsalı keçən ilin eyni dövrüylə müqayisədə 0,4 faiz artıb. Dövlət Statistika Komitəsi əhalinin hər nəfərinə düşən ÜDM-in 1035,6 manata bərabər olduğunu xəbər verib.

Məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olub.

İqtisadçı ekspert Nemət Əliyev söyləyir ki, təqdim edilən statistika heç də inandırıcı deyil. Ekspertə görə, iqtisadiyyata yatırılan investisiyalarda, kapital qoyuluşunda artım varsa, ÜDM-in artımı bəlkə də baş verə bilərdi:

“Lakin bu sahədə göstəricilər hələ də azalmaqda davam edir. Neftin qiymətinin artması hesabına bu sektorda gəlirlər arta bilər. Qeyri-neft sektorunda isə vəziyyət mənfidir və geriləmələr çoxdur”.

N.Əliyev deyir ki, ötən il iqtisadiyyata yerli investorların kapital yatırımı 15 milyard dollardan 4 milyard dollara qədər endirilib.

Real mənzərəni nəzərdən keçirəndə, qeyri-neft sektorunda artımdan danışmaq hələ çox tezdir:

“Bu sektorda enmələr davam edir. Yerli və xarici investorlar iqtisadiyyata kapital qoyuluşuna maraq göstərmirsə, bu sektorda konkret nəticə olmayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam