Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Nazirlik: 8760 uşağa aylıq sosial müavinət ödənilir

 

Cari ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3022 nəfər qadının 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir.


Yenixeber.org: Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, ölkədə aylıq sosial müavinətlə təmin olunanların bir hissəsini də uşaqlar təşkil edir. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə əlillərinin, 20 Yanvarhadisələri zamanı əlil olanların, Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları aylıq sosial müavinətlə təmin olunurlar.


Ailə başçısını itirməyə görə aylıq müavinət və əmək pensiyası ödənilən ailələrdəki ailə üzvlərinin mühüm hissəsi uşaqlardan ibarətdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 6 ayında aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların ümumi sayı isə 442,8 min nəfər təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam