Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gürcüstanın Azərbaycana olan borcunun həcmi açıqlanıb

 

Yenixeber.org: 2017-ci il 31 iyul tarixinə olan məlumata əsasən Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin həcmi 4,9 milyard dollar təşkil edib.

 

APA-nın yerli bürosunun Gürcüstanın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumi borcun 4,8 milyard dolları hökumətin payına düşür.

 

Gürcüstanın Azərbaycana dövlət borcu 9 milyon 342 min dollar təşkil edir.

 

Qonşu ölkənin ən çox Almaniya (284 milyon dollar), Yaponiya (208 milyon dollar) və Fransaya (təqribən 114 milyon dollar) dövlət borcu var.

 

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 18 milyon, 75 milyon və 11 milyon dollar təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam