Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azərbaycanda neft hasilatı aşağı düşüb, qaz hasilatı isə artıb“

 

   
    "Xeberinfo.com": Azərbaycan  Dövlət Statistika Komitəsinə istinad edən Reuters xəbər verir ki, BP-nin idarəçiliyində olan yataqlarda neft və kondensatın hasilatı birinci yarım ildə 2,8 faiz aşağı düşüb. „Azəri-Çıraq“ və „Günəşli“ yataqlarında hasilatın son vaxtlar aşağı düşməsi Bakıda narahatlıqları artırıb. 
Xəbərdə deyilir ki, BP və ARDNŞ ötən il bildirmişdilər ki, neft hasilatında stabilliyə nail olublar. 
Azərbaycanın neft və kondensat hasilatı ilin ilk 6 ayında 21,2 milyon ton olub. Ötən il isə bu göstərici 21,8 milyon ton həcmində qeydə alınmışdı. 
BP bu ilin əvvəlində demişdi ki, „Mərkəzi Azəri“ və „Qərb Azəri“ yataqlarında planda nəzərdə tutulmuş iki həftəlik cari təmirlə bağı istehsalda azacıq geriləmə ola bilər. Ancaq şirkət cari təmirin nə vaxt həyata keçirəcəyi ilə bağlı hər hansı məlumat verməmişdi. 
Agentlik onu da vurğulayır ki, Azərbaycanın təbii qaz istehsalında isə yüksəliş qeydə alınıb. Belə ki, ilk yarım ildə hasilat 15,2 milyard kubmetr olub. Ötən ilsə bu göstərici 14,3 milyard kubmetr həcmində qeydə alınmışdı. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam