Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycanın qlobal iqtisadiyyatdakı payı açıqlandı

Azərbaycanın qlobal iqtisadiyyatdakı payı açıqlandı

 

Azərbaycanın dünya iqtisadiyyatında xüsusi çəkisi 0,05% təşkil edib

 

Yenixeber.org: Bu barədə saytın Beynəlxalq Valyuta Fondunun (IMF) 2017-ci il oktyabr ayı üzrə icmal hesabatı və data xəritəsinə əsasən hazırlanan məlumatda bildirilir.

Hesabata görə, dünya iqtisadiyyatında ən böyük pay (24,42%) ABŞ iqtisadiyyatına aiddir. Onu, 15,06% xüsusi çəkiyə sahib olan Çin iqtisadiyyatı izləyir. Yaponiya iqtisadiyyatının dünya iqtisadiyyatında xüsusi çəkisi 6,16%, Almaniyanın 4,61%, Fransanın 3,25%, Britaniyanın 3,24%, Hindistanın isə 3,08% təşkil edir.

Postsovet ölkələrinin məcmu iqtisadiyyatının dünya iqtisadiyyatında xüsusi çəkisi isə 2,63%-ə bərabərdir. Bu ölkələr arasında Rusiya ilk sırada qərarlaşıb. Onun dünya iqtisadiyyatında payı 1,85% təşkil edir. Qazaxıstan 0,2%, Ukrayna 0,13%, Özbəkistan 0,09%, Belarus 0,07%, Litva 0,06%, Türkmənistan 0,05% və Azərbaycan 0,05% xüsusi çəkiyə malikdir. Postsovet ölkələri arasında son sıranı 0,01% payla Qırğızıstan tutur. Gürcüstanın xüsus çəkisi 0,02%, Ermənistanınkı isə 0,01%-ə bərabərdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam