Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Metroda da qiymət artımı gözlənilir

 

 Bakı metropolitenində hazırkı gedişhaqqı rentabilli deyil. 

    "Xeberinfo.com": Bu barədə Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Anspress-ə bildirib. Onun sözlərinə görə, hazırda metropolitenində gedişhaqqı 20 qəpikdir.

   “Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.

    Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 may” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam