Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Şəki İpək" yun istehsalına başlaya bilər

“Şəki İpək” ASC istehsal etdiyi məhsulların çeşidini genişləndirə bilər. Belə ki, şirkət ipəklə yanaşı yun istehsalı da gerçəkləşdirə bilər

 

Yenixeber.org: Belə bir təkliflə “Şəki İpək” ASC-nin İdarə Heyətinin sədri Nizami Qəribov çıxış edib: “Hazırda yun tədarükü yoxdur. Dağıstanın isə yuna tələbatı var. Mövsümi olaraq, ipək satışında azalma olur ki, satışdakı bu azalmanı məhz yunla kompensasiya etmək mümkündür”.

N.Qəribov həmçinin məhsulların Avropada satışının mümkün olması üçün dəzgahların dəyişdirilməsinə ehtiyac olduğiunu bildirib: "Dəzgahların bir qismini dəyişsək, istehsalın 30%-ni Avropaya çıxarmaq olar”.

Azərbaycan Sənaye Korporasiyanın baş direktoru Kamran Nəbizadə isə bildirib ki, “Şəki İpək”lə bağlı inkişaf strategiyasının hazırlanmamsı üçün təcrübəli şirkətlərdən birinin cəlb edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu işlər son məhsulun istehsal forması və satış istiqamətlərinin müəyyənləşdirilməsində kömək edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam