Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlk təminatlı və tənzimlənən kriptovalyuta hazırlanır

 

 

İsveçrənin "Saga Foundation" qeyri-kommersiya təşkilatı sabit və anonim olmayan kriptovalyuta yaratmaq istədiyini açıqlayıb

 

Yenixeber.org: Yeni yaradılacaq kriptovalyutada bitkoinin bir sıra çatışmazlıqları aradan qaldırılacaq və maliyyə bazarı tənzimləyicilərini razı salacaq.

Yeni kriptovalyutanı yaradacaq təşkilatın məsləhət şurasına məşhur iqtisadçı, "JPMorgan Chase" bankının idarə heyətinin sədri, İsrail Mərkəzi Bankının keçmiş rəhbəri Yakob Frenkel, Nobel mükafatı laureatı Mayron Şoulz (Myron Scholes) və VİX volatillik indeksinin yaradıcılarından Den Qalay (Dan Galai) daxildir.

Saga kriptovalyutasının volatil olmayacağı gözlənilir. Belə ki, Saga banklarda yerləşən pul ehtiyatları ilə təmin ediləcək. Bu ehtiyatlar Beynəlxalq Valyuta Fondunun (IMF) xüsusi borcalma hüququ (SDR) olan valyutalarda olacaq. Qeyd edək ki, SDR səbətindəki valyutalar ABŞ dolları, avro, yen, funt sterlinq və yuandır. Saga sahibləri istədikləri vaxt kriptovalyutanı nağdlaşdıraraq pullarını geri götürə biləcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam