Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Avropa ABŞ-a qarşı yeni ödəniş sistemi yaradır

Avropa ABŞ-a qarşı yeni ödəniş sistemi yaradır

Avropa rəsmiləri ABŞ-dan və dollardan asılı olmayan yeni ödəniş sistemi yaratmağı müzakirə edirlər
Yenixeber.org: Bu barədə nüfuzlu “Bloomberg” agentliyi mlumat yayıb. 

Agentlik bildirib ki, xüsusən də Almaniya və Fransa siyasətçiləri dollara alternativ ödəniş sisteminin yaradılasında olduqca maraqlıdırlar. Bu cür təşəbbüs Avropa İttifaqı biznesini Vaşinqtonun sanksiyalarından, xüsusən də ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi maliyyə-iqtisadi məhdudiyyətlərdən qorumağa yönəlib. 

“Bloomberg”in məlumatına görə, bu layihəyə Fransa və Almaniyanın mərkəzi bankları cəlb edilə bilər. Almaniyanın xarici işlər naziri Hayko Maas belə bir ideyanın mövcudluğunu təsdiq edib. 

Qeyd edək ki, ABŞ-ın açdığı ticarət savaşları və sanksiyalar siyasəti, o cümlədən milli valyutasından digər ölkələrə qarşı iqtisadi silah kimi istifadə etmək cəhdləri fonunda qlobal səviyyədə dollardan imtina çağırışları və təşəbbüsləri getdikcə çoxalır. İndiyədək Rusiya, Çin, İran və Türkiyə öz aralarındakı ticarət mübadiləsində dollardan imtina edib milli valyutaya keçəcəklərini bəyan ediblər. Artıq Avropa da beynəlxalq ödəmələrdə dollardan asılılığın azaldılmasının tərəfdarıdır. 

Analitiklərin fikrincə, ABŞ-ın dünya dövlətlərinə qarşı maliyyə-iqtisadi təzyiqləri sonda Vaşinqtonun özünə qarşı çevrilərək, petrodolların qlobal hegemonluq statusunun dəyişməsinə gətirib çıxara bilər. Artıq bir neçə ildir ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələri dollara alternativ yeni qlobal maliyyə sisteminin yaradılmasına çalışırlar və bu istiqamətdə bütün mümkün fürsətləri dəyərləndirməyə cəhd edirlər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam