Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bal yarmarkasının yeri dəyişdirilib

    

Bal yarmarkasının yeri dəyişdirilib
Bu il oktyabrın 5-dən 28-nə qədər Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılan Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasının yeri dəyişdirilib.
Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) təşkil olunacaq. 

Qeyd edək ki, sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam