Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan məhsulları Qətərdə sərgilənir

    

Azərbaycan məhsulları Qətərdə sərgilənir
Oktyabrın 8-də Qətərin paytaxtı Doha şəhərində "Birinci Beynəlxalq məhsullar" sərgisinin açılışı olub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizin məhsulları "Birinci Beynəlxalq məhsullar" sərgisində təqdim olunur.
Yenixeber.org: İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 10 ölkənin şırkətlərinin iştirak etdiyi sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir.

Digər sərgilərdə olduğu kimi "Birinci Beynəlxalq məhsullar" sərgisində də Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılır.

Qeyd edək ki, Qətərin "Birinci Beynəlxalq məhsullar" sərgisi oktyabrın 10-da başa çatır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam