Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Avrasiya İttifaqı dollardan imtina edir

 

Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri – Rusiya, Qazaxıstan, Belorus və Ermənistan dollar və avrodan imtina etmək niyyətindədirlər.

 

"Xeberinfo.com": Bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

 

Qəzet yazır ki, təşkilata üzv dövlətlərin milli valyutaya keçidi (rus və belorus rublu, tenge və dram) 2025-2030-cu illərdə baş tuta bilər.

 

Qeyd edək ki, 2014-cü ilin mayın 29-da Belorus, Rusiya və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyi barədə razılaşma imzalayıblar. Oktyabrda Ermənistan həmin təşkilata üzv oldu. Təşkilatın yaradılması ilə bağlı razılaşma 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

 

Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2013-cü ildə üzv ölkələr arasında mal dövriyyəsi 64 milyard dollar təşkil edib. Bunun 50 faizi rubl, 40 faizi dollar, 9 faizi avro və təxminən 1 faizi isə digər valyutalarla həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam