Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda yeni duz yataqları açılacaq

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır.

 

Yenixeber.org: Bu barədə "Naxçıvan Duz İstehsalı" MMC-nin direktoru Anar Əsədullayev bildirib.

 

Direktorun sözlərinə görə, işlərə gələn ildən başlamaq planlaşdırılır: "İşlərin dəqiq olaraq hansı ay başlayacağını söyləmək çətindir, hər şey hazırda mütəxəssislər tərəfindən dağlıq duz yatağı ərazisində aparılan tədqiqatların nəticələrindən asılı olacaq".

 

O bildirib ki, MMC-nin orta müddətli planlarına Naxçıvan duzunun satışı üzrə yeni mərkəzlərin açılışı daxildir: "Satışların əsas mərkəzi Bərdədə yerləşir, amma biz həmçinin yaxın yarım ildə satış nöqtələrinin şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Hesablamalarımıza görə, belə mərkəzlərin daha çox Azərbaycanın şimal və cənub regionlarında açılması gözlənilir".

 

Qeyd edək ki, "Naxçıvan Duz İstehsalı" MMC xörək duzu və texniki duz istehsal edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam