Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Vahid Əhmədov:“Bu ilin birinci rübünədək manatı qorumaq mümkün olacaq”

“Əgər dünyada neftin qiyməti 40-45 dollar səviyyəsinə enərsə (hazırda 55 dollar civarında dəyişir-r), o zaman bu, Azərbaycanda da müəyyən problemlər yarada bilər. Ancaq yaxın zamanlarda bu gözlənilmir”.

 Yenixeber.org: Bu sözləri deputat Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, hazırda neftin qiymətində elə də ciddi ucuzlaşma yoxdur. İndi Azərbaycanın 45 milyard dollara yaxın valyuta ehtiyatına malik olduğunu deyən deputat daha sonra əlavə edib: “Eyni zamanda, pul-kredit siyasətinə Mərkəzi Bank tərəfindən nəzarət edilir. İdxal-ixrac əməliyyatlarında isə ixrac idxalı üstələyir”.

Deputat hesab edir ki, Azərbaycanda yaxın zamanlarda devalvasiya gözlənmir: “Xüsusilə də 2019-cu ilin birinci rübünədək manatın qorunub saxlanılması mümkün olacaq. Sonrakı vaxtlarda əgər neftin ucuzlaşması prosesləri güclənərsə, o zaman müəyyən problemlər yarana bilər. Amma, hələlik, Azərbaycanda heç bir devalvasiya gözlənilmir”.

Bununla belə, deputat deyib ki, Rusiya, Türkiyə, İran kimi qonşu və ticarət tərəfdaşı olan ölkələrin valyutalarının ucuzlaşması müəyyən qədər Azərbaycan iqtisadiyyatına da təsir göstərir: “Ona görə də Dövlət Gömrük Komitəsi müəyyən mallara rüsumların miqdarını artırır ki, həmin mallar Azərbaycan bazarına daxil olmasın. İndi bu nə qədər doğru və yaxud doğru deyil, onu deyə bilmərəm”.(ölke)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam