Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycanın sığorta sektoru ötən il 23% böyüyüb

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,6% çoxdur.

Yenixeber.org: Azərbaycanda sığorta sektorunun aktivləri bu il yanvarın 1-nə 1 233,3 milyon manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyətinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,6% çoxdur.

Sektorunun aktivlərinin 467,9 milyon manatı qiymətli kağızlar bazarına yönəldilib. Bu, illik müqayisədə 59,6% çoxdur. O cümlədən dövlət qiymətli kağızlarına illik müqayisədə 72,1% çox – 365,1 milyon manat, qeyri-dövlət qiymətli kağızlarına isə illik müqayisədə 26,9% çox – 102,8 milyon manat pul qoyulub.

2018-ci ildə sığortaçıların depozit hesablarındakı aktivləri 4,6% azalaraq 342,5 milyon manat, pul vəsaitlərində olan aktivləri 68,4% artaraq 115 milyon manat, digər aktivləri isə 7,7% artaraq 307,9 milyon manat olub.

Ötən ilin sonuna Azərbaycanda 21 şirkəti, 1 təkrarsığorta şirkəti, 24 sığorta brokeri və 806 sığorta agenti fəaliyyət göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam