Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda -Qadın Sosial Sahibkarlıq Forumu keçirilir

 Elchin Murad — İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov

 

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Qadın Sosial Sahibkarlıq Forumu keçirilir.

Yenixeber.org: Tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov açıb.

O, ölkədə sahibkarlığın inkişaf etdiyini, ümumi daxili məhsulda özəl sektorun payının 84%-i keçdiyini bildirib.

Nazir müavini daha sonra qadın sahibkarlığının vəziyyəti barədə də danışıb və biznesi olan qadınlara məqsədyönlü dəstəyi təmin etmək üçün Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının yaradıldığını qeyd edib: “Assosiasiya qadın sahibkarlığının inkişafı üçün aktiv çalışır”.

Bundan başqa, N.Səfərovun sözlərinə görə, Azərbaycanda sosial sahibkarlığa da dövlət səviyyəsində dəstək verilib: “Bunun üçün ən yaxşı nümunə ABAD layihəsidir. Bu istiqamətdə görülən tədbirlərin miqyasını genişləndirməyə çalışacağıq”.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib. O bildirib ki, qadınların fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi xüsusi önəm kəsb edir: “Komitə bu istiqamətdə fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir". (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam