Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Səngəçal" Elektrik Stansiyasında "itirilmiş" - 62 MVt güc bərpa edilib

"Səngəçal" Elektrik Stansiyasında "itirilmiş" 62 MVt güc bərpa edilib
“Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırıb.

Yenixeber.org: ASC-dən verilən məlumata görə, ümumilikdə ilin sonunadək “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat “itirilmiş” güc bərpa olunacaq və bununla da Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atılmış olacaq.

Qeyd edək ki, ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramına” qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt “itirilmiş” güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub. Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt “itirilmiş” güc bərpa edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam