Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Səudiyyə Ərəbistanında - yataqlara edilən hücum fonunda neft bahalaşır

Səudiyyə Ərəbistanında xammal hasilatı ilə əlaqədar narahatlıq fonunda bazar ertəsi neftin qiyməti artır və bunu birjalardakı əməliyyatlar da göstərir.

Yenixeber.org:  Bakı vaxtı ilə səhər saat 08:45-ə olan məlumata görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,09% artaraq 59,28 dollar/barelə, WTI nefti üçün sentyabr fyuçerslərinin qiyməti isə 0.97% artaraq 55,34dollar/barelə çatıb.

Xatırladaq ki, şənbə günü Yəməndə fəaliyyət göstərən "Ənsər Allah" hərəkatının (husilər) dəstələri Səudiyyə Ərəbistanının şərq sərhədləri yaxınlığlındakı Şəybah neft yataqlarında yerləşən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus neftayırma müəssisəsinə və neft anbarına 10 dronla hücum edib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib ki, "Saudi Aramco" dövlət neft şirkətinin obyektlərinə edilən partlayıcılı dron hücumu qaz zavodunda yanğına səbəb olub və o, lokallaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam